Mübtədası olmayan, hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid
olduğunu bildirən cümlələrə
qeyri-müəyyən şəxsli cümlələr
deyilir. Belə cümlələrin xəbəri III şəxsin cəmində olur.
Məsələn:
Ata, həbs etdilər yazıq Eldarı... (S.Vurğun)
Tamaşanın sonunda aktyorları və müəllifi alqışladılar.
Qeyri-müəyyən şəxsli cümlələrdə çox zaman
elə bil (ki), sanki, deyəsən, guya ki və s.
modal sözlərdən istifadə olunur.
Məsələn:
Sanki nəfəs aldığı havaya da zəhər qatmışdılar.
(M.İbrahimov)