Mürəkkəb adlar söz birləşməsi şəklində olur. Belə adların
tərkibindəki bütün sözlər ayrı yazılır.
Ad və soyadlar, ölkə adları, idarə və təşkilat adları və s.
mürəkkəb adlar hesab edilir.
Tərkibindəki bütün sözlərin baş hərfi böyük hərflə yazılan
mürəkkəb adlar bunlardır:
1.
Soyad, ad və ata adı: Şahbazlı Lətifə Uğur qızı;
2.
Ölkələrin, muxtar respublikaların və vilayətlərin
adları:
Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri;
3.
İdarə və təşkilat adları: Azərbaycan Respublikası
Prezident Administrasiyası, Uşaqların Xilası Təşkilatı,
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası.
Bu tipli mürəkkəb adların tərkibində işlənən
oğlu, qızı, adına, yanında, üzrə sözləri kiçik hərflə
yazılır.