Zeynalabdin özünəməxsus təmkinlə: “O deyənin məqsəd, əqidə və tinətindən asılıdır. Şir əsillidirsə, Şirvan, şər əsillidirsə, Şərvan kimi yozacaq. Mən Şirvana - Vətənimə gedirəm”, - deyə cavab verir.
Gəncin təmkinini pozmadan verdiyi cavab dərvişin xoşuna gəlir, “adım Sakitdir”, - deyə özünü təqdim edir. Zeynalabdin öz-özünə: “Bu az ömrümdə bir dəvə yükündən çox kitab oxumuş... Lakin bu səfərim mənə daha çox şey öyrətdi”, - deyə düşünür.
Bir neçə gündən sonra Şamaxıya çatan Zeynalabdin doğmaları ilə görüşür. ...Az sonra isə onun 37 illik səyahəti başlayacaq, dünyanın yarısından çoxunu gəzib dolaşacaqdı.
Zeynalabdin Şirvani təkcə səyyah və coğrafiyaşünas olmamış... Bir sıra elmi əsərlər yazmış, tarixçi, etnoqraf, ədib, şair və böyük islam alimi olmuşdur.