1.
Müəlliflərin gizli imzalardan istifadə etməsinin səbəbi nə idi?
2.
Hansı hikmətli söz mətnin məzmununa uyğundur?
-
Dünyada insanı ən çox utandıran yalanının üzə çıxmasıdır.
(F.Bekon)
- Yalanın ən böyük düşməni həqiqətdir. (İ.Kant)
-
Yalan ayaq tutar, amma yeriməz.
(Azərbaycan atalar sözü)
3.
Bu fikirlərdən hansılar nəticə hissəyə aiddir?
1) Ə. Haqverdiyev yalançı “Xortdan”a ibrət dərsi verir.
2)“yazıçı” qarşısındakının Ə.Haqverdiyev olduğunu dərhal başa düşür.
3) Yalançı özü fikir oğrusu olduğu halda, başqasını günahlandırır.
4) Ə. Haqverdiyev “Cəhənnəm məktubları”nın ardını oxuyur.
4.
Mətndə cümlələr arasında əlaqələrin düzgün qurulub-qurulmadığı
barədə fikir yürüdün.
5.
Sxemi tamamlayın
və şərh edin.
Əbdürrəhim bəy
Haqverdiyev
"Hüseynqulu
Sarabskinin xati-
rələri" mətnində
"Yalançı xort-
dan" mətnində
6.
Mətndəki dialoqu üçüncü şəxsin dilindən danışın.
7.
Təəccüb sözünün sinonimini tapın.
8.
Tünd şriftlə verilmiş sözlərin yerinə uyğun gələn elə sözlər
tapın ki, cümlənin məzmununa xələl gəlməsin.
9.
Fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin.
10.
“Ziyalı” ve “dost” sözlərinin dırnaq içərisində
verilməsinin səbəbini aydınlaşdırın.
11.
Mətndə fikrə münasibət bildirən sözləri seçib yazın. Onların
hansı məqsədlə işləndiyini deyin.
12.
Aşağıdakı cümlələrdə münasibət bildirən sözləri müəyyənləşdirib
durğu işarələrini bərpa edin. Modal sözlərdə durğu işarələrinin
işlənmə qaydasını yadınıza salmaq köməyinizə gələ bilər.
-
Baharının gəlişini ver mənə
Bəlkə sənə son borcumu qaytarım.
(M.Araz)
-
Demək baş tutmadı xanın arzusu.
Sizdən gözlənilməz bir cavabdır bu.
(S.Vurğun)
-
Cütçü saf tum səpsə torpağa əgər,
Şübhəsiz torpaqdan saf tum göyərər.
(N.Gəncəvi)
-
Nalayiq danışan şəxslərə əlbət
Hər zaman sükutla müqabilə et.
(N.Gəncəvi)