Ümummilli lider Heydər Əliyev 18 iyul 2001-ci ildə “Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, 30 sentyabr
2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında”
Qanun imzalamışdır. İkinci sənəddə göstərilir ki, Azərbaycan
Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini
öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır,
onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır,
dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun
ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında
Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir.
Ümummilli lider Heydər Əliyev
Dil insanı ölçmək üçün vasitədir.
İnsan öz dilinin altında
gizlənmişdir.
Həzrət Əli
Ana dili məhv olarkən xalq
artıq məhv olur. Xalqın dili
yaşadıqca xalq da yaşayır.
Konstantin Uşinski
Dili qiymətdən salar
Ucuz söz, hiylə, böhtan.
Elə saxla dilini,
Nə dil səndən utansın,
nə sən dilindən utan!
Rəsul Rza
Dil çirklilik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə
bitər, qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sahəsində
də
elə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran
qoyar.
Yusif Vəzir Çəmənzəminli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncam imzalamışdır. Bu
sərəncamın əsasında klassik və müasir Azərbaycan ədəbiyyatı
nümayəndələrinin əsərləri nəşr olunmuş və ölkə kitabxanalarına
hədiyyə edilmişdir.