Xitabların ifadə vasitələrini müəyyənləşdirin. Bəzi cümlələrdə
durğu işarələri qəsdən buraxılmışdır. Onları bərpa edin.
Möhtərəm Prezident cənab Ali Baş Komandan! Əmin ola
bilərsiniz ki, biz
gənc əsgərlər vətənimizə layiqli xidmət edəcəyik”.
Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq Azərbaycan əsgəri!
(Qabil)
Bülbül! Səhər-səhər qonaq budağa
Günəşin eşqinə bir dastan qoşaq.
(S. Vurğun)
Vidadi Vidadi Gözlərin aydın!
Vaqif qonaq gəlir.
Canım, ciyərim!
Yolunu gözləyən zəif gözlərim
Artıq işıqlandı.
Günah mənimkidir, əfv elə ustad!
Sənsiz olmamışdır bir gün könül şad.
(S.Vurğun)
Hörmətli İnternet səhifəsi istifadəçiləri Böyük informasiya
axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş
edirik, bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız.
Üçüncü cümlədə vergül işarəsini atsaq, məzmun fərqi
yaranacaqmı? Səbəbini izah edin. Bu zaman sintaktik əlaqədə
hansı fərq meydana çıxar? Eyni vəziyyəti sonrakı (4-cü)
nümunədə müşahidə etmək olarmı?
Müraciət bildirən sözlərə həm də müraciət etiketi demək
olarmı? Sizcə, bu müraciətlərdən hansı rəsmi, hansı
qeyri-rəsmidir?