9.
Jurnalist və müxbir sözlərinin leksik mənasını
izah edin.
10.
Uyğunluğu müəyyənləşdirin.
1. Çoxmənalı söz
2. Termin
3. Ümumişlək söz
4. Həm omonim, həm də ümumişlək söz
a) lövhə
b) kağız
c) metafor
d) üz
e) çap
11.
Siz aşağı siniflərdə fikrə münasibət bildirən sözlər haqqında
məlumat almışsınız. Dialoqdan bu söz və ifadələri tapın, onların
cümlədəki rolunu İzah edin.
12.
Dialoqdan müraciət bildirən ifadələri tapıb onların nə məqsədlə
işləndiyi haqqında fikir yürüdün. Necə düşünürsünüz, müraciət və
fikrə münasibət bildirən sözlər suala cavab verə bilərmi? Niyə
belə hesab edirsiniz? Fikirlərinizi əsaslandırın.
13.
Qəzetinizdə vermək üçün aşağıdakı nümunə əsasında bir yazı
hazırlayın. “Bilirsinizmi?” başlıqlı rubrika yaradın.
-
Siyahını topladığınız nümunələr əsasında davam etdirə
bilərsiniz.
14.
“Əkinçi” qəzeti Azərbaycan mətbuatının
təməlidir” adlı təqdimat
(esse də yaza bi-
lərsiniz) hazırlayın.
15.
Mətndən əsas faktları seçin və nümunəyə
əsasən elmi mətn tərtib edin.
Dünyada ilk qəzet e.ə. 59-cu
ildə qədim Romada nəşr olun-
muşdur. Bu, əl ilə
yazılmış
“Günün hadisələri” adlı və-
rəqə olmuşdur.....