Bir ovuc torpaq da yaraya
məlhəm olarmış! Görəsən,
haradandır torpaqda bu hik-
mət?
Haradan başlanır Vətən? Yaşadığın ev-
dənmi, məhəllədənmi, şəhərdənmi? İlk
dəfə nəfəs aldığın məkandanmı? Yoxsa ilk
dəfə ayaq açıb qədəm qoyduğun torpaq-
danmı? Bəlkə, elə əcdadlarımızın uyuduğu
torpaqdan başlanır Vətən? Yoxsa bu qap-
qara torpağa bu
qədər dəyər verilərdimi?
Ana yorğun halda işdən evə qayıdır.
Qapını açanda evdəki qar-
maqarışıqlığı görüb təəccüblənir.
Qızlarımı idi təqsirkar, yoxsa oğlumu?
Uşaqları çağırıb dedi:
- Fatimə, evi sənmi töküb-töküşdürmüsən, yoxsa
bacın Röyamı? Evləri yığışdıra bilmirdinizmi? Bil-
mirdinizmi, bu gün qonaqlarımız olacaq?
- Qonaqlarımızmı olacaq, ana?
Oğlu da söhbətə qoşuldu:
- Qohumlarımızmı gələcək, yoxsa dostlarımızmı?