Əbdürrəhim bəy özünəməxsus bir nəvazişlə Hüseyni ruhlandırmaq (...) istədi:
- Sən aktyorsan, zəhmət çəkib məşq edərsən, Ağa Məhəmmədin rolunu da məharətlə oynarsan və xalq səni - böyük aktyoru alqışlayanda hamısı yadından çıxar. Amma Hüseyn, əziz dost, canın üçün, Ağa Məhəmməd elə sənin rolundur... Səni düşünüb Ağa Məhəmmədi yazmışam.
Bu söz Ərəblinskiyə yaman toxunur:
- Mirzə, mən o qədər mənfi şəxsi...ətəm ki, məni ona oxşadırsınız?
Ə.Haqverdiyev sözünə davam etdi:
- Hüseyn, mən səni Ağa Məhəmməd şaha oxşatmıram. Mən o rolu sənin talantını - aktyor sənətkarlığını gözümün qabağına gətirib yazmışam. Sən mənim əzizimsən... Yenə təkrar edirəm, o əsəri mən sənin üçün, yəni səhnəmizin əvəzsiz aktyoru üçün yazmışam.
Görkəmli aktyor Hüseynqulu Sarabski 1939-cu ildə yazdığı “Hüseyn Ərəblinski haqqında xatirələr”ində Əbdürrəhim bəy Haqverdiyevin Tiflisdən gəlişini belə təsvir edir: “Ə.Haqverdiyev Tiflisdən yenicə (...) gəlmişdi. Ərəblinski ilə bir yerdə onun yanma - “İslamiyyə” mehmanxanasına (...) getdik. Əbdürrəhim bəy ilə görüşəndən sonra o bizi təbrik etdi.
- Uşaqlar, gözünüz aydın olsun. Yazdığım “Ağa Məhəmməd şah Qacar” əsərinin - tarixi faci...əsinin tamaşasının icazəsini almışam.
H.Ərəblinski Əbdürrəhim bəyə şikayətlənərək dedi:
- Mirzə, əsəri oynamaq üçün gərək aktyor olsun, aktrisa olsun, quruluş olsun, məşq üçün yer olsun.
H.Ərəblinski dedi:
- Mirzə, mənim səndən bir xahişim var: sən Allah, əsər yazanda eləsini yaz ki, onda qadın rolu az olsun. Vallah, bu aktrisa məsələsi gözümün qabağında dağ kimi durmuşdur.
Əbdürrəhim bəy səhnəmizin bu acınacaqlı vəzi...ətindən, yəni Azərbaycan qadınlarının səhnədə olmamasından mütəəssir olub qaşlarını çatdı və: “Səndən qabaq bu məsələni