Səbəb zərfliyindəki iş və hərəkət səbəbi, xəbərdəki iş
və hərəkət onun nəticəsini bildirir,
niyə?, nə səbəbə?, nə üçün? suallarından birinə cavab
olur.
Səbəb zərfliyi, əsasən, feili bağlama və feili bağlama
tərkibləri ilə, üçün, ötrü, görə qoşmalı və -dığı
4 şəkilçili
feili sifət və feili sifət tərkibləri ilə ifadə olunur.
Məqsəd zərfliyindəki iş və hadisə məqsəd kimi qarşıya
qoyulur, xəbərdəki iş və hərəkət hadisədən sonraya aid olur,
niyə?, nə məqsədlə? sualına cavab verir.
Məqsəd zərfliyi üçün,ötrü qoşmalı, yönlük hallı məsdər
və məsdər tərkibləri ilə ifadə olunur.