Prezident seçilib and içəndə mən təkcə Azərbaycan ərazisində
yaşayan azərbaycanlılara deyil, bütün dünyada yaşayan
azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın ağır
günündə hər bir azərbaycanlı, damarlarında azərbaycanlı qanı axan
hər bir insan gərək vətənin bu gününə yansın, münasibətini
bildirsin, kömək etsin.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan türklərinin tərbiyə sistemi, əxlaqi idealları qədim
türklərinki ilə üst-üstə düşür və ümumtürk tərbiyə sisteminin
mühüm bir halqasını təşkil edirdi. İndi olduğu kimi, qədimdə də ata
evin böyüyü, “od-ocağı” (yəni od və ocağın sahibi), tərbiyə
nümunəsi hesab olunurdu. Oğlanların tərbiyəsində atanın, qızların
tərbiyəsində ananın nümunəsi əsas sayılırdı. Bu nümunə isə
xeyirxahlığa və alicənablığa söykənirdi. “Kitabi- Dədə Qorqud”da
göstərilir ki, Salur Qazan üç ildə bir dəfə arvadının əlindən
tutub evindən çıxar, könüllü surətdə evini imkansızlara
yağmalaclardı. Qədim türklərin övlada məhəbbəti Vətən
məhəbbəti ilə
çulğalaşır,
övladı vətən üçün, dövləti qorumaq üçün
hazırlayırdılar. Azərbaycan türklərində uşaqlar həmişə atalarma
hörmətlə yanaşmış, onların qulluğunda durmuş, ehtiram göstərmiş,
ədəbsiz hərəkətlərə yol verməmiş, atadan qabaq süfrəyə oturmamış,
onların peşəsini öyrənmiş, atalarını özlərinə həyat idealı hesab
etmişlər. Ata dünyasını dəyişdikdən sonra onun ocağı övladlar üçün
müqəddəs hesab olunmuşdur. Bu gün olduğu kimi, qədim zamanlarda da
ata evi heç zaman boş qalmamalı, bacasından tüstü çıxmalı idi.
Oğul övladlarından biri ata evinin çırağını yandırmalı, keşiyini
çəkməli idi. Təsadüfi deyildir ki, ailə ocağının müqəddəsliyini
qəbul edən türklər bir adama qarğış etdikdə: “Görüm, evinin çırağı
sönsün”, - deyərmişlər. Hərbi təlim, cəsurluq, cəngavərlik
Azərbaycan türklərinin tərbiyəsində mühüm yer tuturdu. Əsgəri
şücaətlər hər bir türk kişisi üçün, onun özünün, ailəsinin,
tayfasının şərəf, namus işi idi. Azərbaycan türklərində vətən
əxlaqı, vətənpərvərlik hissi həmişə güclü olmuşdur.
İtirilmiş Vətən torpağının hər qarışı üçün
göz yaşı axıdar, ağı deyər, onun qaytarılmasını müqəddəs vəzifə
hesab edərlərmiş. Biz “Kitabi-Dədə Qorqud”da bunun bariz
nümunələrini görürük. Vətən əxlaqı bu gün də Azərbaycan
övladlarının ən böyük
istinad nöqtəsi olmalıdır. Görkəmli
türk alimi Ziya Göyalp haqlı olaraq yazırdı: “Vətən əxlaqımız
qüvvətli olmasa, nə müstəqilliyimizi, nə azadlığımızı, nə də
vətənimizin bütövlüyünü qoruya bilərik”.
“Azərbaycan təhsil tarixi” kitabından