Bütün Şərqdə əfsanəvi pəhl(a,ə,i)van kimi şöhrət tapmış və Firdovsinin “Şahnamə”sinin qəhr(a,ə)manlarından biri olan Rüstəm Zal bir neçə şagirdinə pəhl...vanlıq qaydalarını öyrədirdi. Rüstəm bir müddət onlarla məşğul olur, bütün fəndləri öyrətdiyini bildirib müstəqil pəhl...vanlıq etmələrinə icazə verir. Lakin onun şagirdlərindən biri şahın yanına gəlib deyir:
- Mən Rüstəm Zalın işlətdiyi bütün fəndləri bilirəm, gücüm də ondan artıqdır. Rüstəm Zalla güləşib onu yıxa bilərəm. Mən ölkənin birinci pəhləvanı olmaq istəyirəm.
Şah gənc pəhləvanın dediyinin düzlüyünü yoxlamaqdan ötrü meydan qurub camaatı toplamağı və Rüstəm Zalı çağırıb gənc
- Sənin mənə öyrətdiyin otuz doqquz fəndin içərisində beləsi yoxdur. Bəs bu fəndi nə üçün mənə öyrətməmisən? Bu, düzgün deyildir, - deyə onu məzəmmət edir.
Rüstəm Zal cavabında deyir:
- Düzdür, mən bu qırxıncı fəndi sənə öyrətməmişəm, çünki onu bu gün üçün saxlamışdım. Belə etməsəydim, sən, yəqin ki, mənim öyrətdiyim fəndlərlə mənim özümə zərbə vuracaqdın. Bu, bir az ədalətsizlik deyilmi?
Bəzi “dostlarla” ehtiyatlı hərəkət etməyi məsləhət gördükdə, yaxşılığın müqabilində pislik, nankorluq gördükdə və digər münasib hallarda “Qırxıncı fəndi bu günə saxlamışdım” məsəlindən istifadə olunur.