Artıq oksigen təmin olunmadığı üçün yanma prosesi dayanır və ocaq sönür. Siz fəaliyyət zamanı şamı
söndürmək üçün çay sodasının mətbəx sirkəsi ilə qarışdırılması nəticəsində alınan karbon qazından
istifadə etdiniz. Hazırda yanğına yaxınlaşmadan onu söndürmək üçün karbon qazı doldurulmuş
balaca yanğınsöndürmə toplarından da istifadə olunur.
Öyrəndiklərinizi tətbiq edin
1. Qabın içərisinə şam qoyulur və yandırılır.
a. Daha sonra qaba
müəyyən miqdar su əlavə
edilir. Əlavə edilən su şamı
söndürərmi?
|
|
|
|
b. Şamın üzərinə stəkan
qoyduqdan bir müddət
sonra şam sönür. Sizcə,
bunun səbəbi nədir?
|
|
|
2. Bəzi bina və anbarların yaxınlığına qum topaları, bel və vedrə qoyulur. Onlardan hansı
məqsədlə istifadə olunur?
Öyrəndiklərinizi yoxlayın
1. Yanma prosesinin baş verməsi üçün hansı amillər lazımdır?
2. Havasız şəraitdə yüksək temperaturda yanacağın yanması baş verə bilərmi? Cavabınızı
izah edin.
3. Yanğını söndürmək üçün hansı üsullardan istifadə olunur?