13.2
|
Yanma prosesi |
İşin gedişi:
1. Şamı masanın üzərinə qoyub yandırın. 2. Stəkanın içərisinə əvvəlcə yarım çay qaşığı çay sodası, sonra isə bir xörək qaşığı mətbəx sirkəsi əlavə edin. 3. Stəkanın ağız hissəsini yanan şama yaxınlaşdırın. Müzakirə edin: - Stəkana sirkə əlavə etdikdə nə baş verdi? - Stəkanın ağız hissəsini yanan şama yaxınlaşdırdıqda şam nə üçün söndü? |
Ləvazimat: stəkan, soda, mətbəx
sirkəsi, şam, kibrit.
|
Yanma istiliyin təsiri ilə maddələrin kimyəvi çevrilməsidir. Yanma prosesinin baş verməsi üçün oksigen qazı, istilik və yanacaq birlikdə mövcud olmalıdır. Bu üç amil birlikdə yanğın üçbucağı da adlanır. Məsələn, oksigen olan mühitdə təbii qaza yanan kibrit çöpü yaxınlaşdırdıqda təbii qaz yanmağa başlayacaq. Bu zaman təbii qazın tərkibindəki metan qazı kimyəvi çevrilməyə məruz qalır. Çevrilmə nəticəsində karbon qazı və su buxarı əmələ gəlir, eləcə də enerji ayrılır. |