Balıq öldükdə qumlu və lilli səthə
düşür. |
Bakteriyalar balığın yumşaq
hissələrini çürüdür. |
Skelet isə uzun müddətdə müxtəlif
təsirlərə məruz qalaraq fosilə çevrilir. |
Uzun illər Yerin dərin qatlarında toplanan fosillər istilik və üst
qatların ağırlığının təsiri ilə neft və təbii qaza çevrilib.
Fosillərdən yarandığına görə neft, təbii qaz və daş kömürə həm
də fosil yanacaqlar deyilir.
Daş kömür isə bitki qalıqlarının istilik və üst qatların ağırlığının
təsiri ilə bataqlıq ərazilərdə fosilləşməsi nəticəsində yaranıb.
Yanacaqlar kimyəvi enerji mənbələridir. Onlar yanarkən kimyəvi
enerjiləri istilik və işıq enerjisinə çevrilir. XX əsrin əvvəllərində
yanacaq kimi odun və daş kömürdən istifadə edilirdi, hazırda isə
daha çox neft və təbii qazdan istifadə olunur. Fosil yanacaqların
yaranması prosesi indi də davam edir.
|
Bilirsinizmi?
10 000 il əvvəl yaşamış tüklü
mamontlar mövcud olmuş ən
böyük məməli heyvan sayılır.
Bu heyvanın həm bərk, həm
də yumşaq toxumaları Sibir
buzlaqlarının daxilində
fosilləşərək günümüzə qədər
gəlib çatmışdır. Sibirdə və
Alyaskanın müxtəlif
yerlərində bir neçə tüklü
mamont fosili tapılmışdır.
|