Milyonlarla insanın yaşadığı böyük
şəhərlərin əsas problemlərindən biri
çirkli havadır. Pekin, Dehli, Lahor və
Varşava havası ən çox çirklənmiş
şəhərlər arasındadır. Havanın
çirklənməsinin səbəblərindən biri
istilik elektrik stansiyalarında təbii
qaz və kömürdən istifadə edilərkən
atmosferə atılan zərərli qazlardır.
Digər səbəb isə milyonlarla
avtomobilin atmosferə buraxdığı
tüstüdür.
Pekində kömür yandıran zavodların
havaya buraxdığı qazlara görə bəzi
günlərdə sıx duman əmələ gəlir. Bu isə
insanların sağlamlığına mənfi təsir
göstərməklə yanaşı, yolların bağlanmasına
və təyyarə uçuşlarının ləğv olunmasına
gətirib çıxarır.
Bölmədə öyrənəcəksiniz
• Neft, təbii qaz və daş kömür milyonlarla il əvvəl məhv olmuş bitki və heyvan qalıqlarından
yaranıb
• Yanma prosesinin başlaması və davam etməsi üçün üç amil eyni anda mövcud olmalıdır
• Havanı təşkil edən qazlar arasında azot və oksigenin miqdarı daha çoxdur
• Təbiətdə karbon dövranı mövcuddur
• Karbon, əsasən, fotosintez, tənəffüs və yanma prosesləri nəticəsində dövr edir
• Atmosferdə karbon qazının miqdarının artması dünya miqyasında orta temperaturun artmasına səbəb olur
• Nə üçün böyük şəhərlərdə ulduzları görmək
çətindir?
• Havanın çirkliliyi yüksək olan şəhərlərdə daha çox hansı xəstəliklərə rast gəlinir?
• Havanın çirkliliyini azaltmaq üçün hansı
tədbirlər görülməlidir?