5. Ekoloji piramida ilə bağlı aşağıdakılardan hansı doğru deyil?
A) Produsentlər enerji piramidasının aşağı hissəsini təşkil edir.
B) İlkin konsumentlər produsentlərlə qidalanır.
C) Bitkiyeyən canlılar produsentlərdən əldə etdikləri bütün enerjini ətyeyən canlılara ötürür.
D) Piramidanın zirvəsini ətyeyən canlılar təşkil edir.
E) Produsentlərin əsas enerji mənbəyi Günəşdir.
6. Aşağıdakı qarışıq qida zəncirlərini düzgün ardıcıllıqla yazın.
tülkü - buğda - toyuq
şahin - ot - qaratoyuq - ilbiz
kirpi - ot - qurbağa - çəyirtkə - ilan
7. Verilən qida zəncirinə əsasən bitkilərdən sərçələrə ötürülən enerjinin faizini hesablayın.
bitkilər → mənənələr → hörümçəklər → sərçələr