Bilirsinizmi?
Qida, yem və dərman bitkilərinin insanlar tərəfindən kütləvi yığılması,
heyvanların həddindən artıq ovlanması onların azalmasına və yox olmasına səbəb ola bilər. Bitki
və heyvanlar sonrakı səviyyənin canlıları üçün qida mənbəyi rolunu oynadığından onların məhv
olması və ya saylarının azalması nəticəsində ekosistemin qida zəncirləri və qida şəbəkələri çox
ciddi təsirlərə məruz qalır.
Düşün
Müzakirə et
Paylaş
Hər hansı bir canlı həm konsument, həm yırtıcı, həm də şikar ola bilərmi?
Öyrəndiklərinizi tətbiq edin
Qida şəbəkəsinə şahinlər daxil edilir. Şahinlər siçanlarla
qidalanırlar. Siçanların sayının zamana görə dəyişməsi
qrafiki verilmişdir.
Müzakirə edin:
- Şahinlər qrafikin hansı nöqtəsində (A, B, yoxsa C) qida
şəbəkəsinə daxil edilib? Fikrinizi əsaslandırın.
|
|
Öyrəndiklərinizi yoxlayın
1. Bu orqanizmlər arasında qida əlaqəsini təsvir edən qida zəncirini qurun.
2. Qurduğunuz qida zəncirində aşağıdakıları adlandırın.
a) produsent b) ilkin konsument c)
ikinci konsument d) üçüncü
konsument
3. Bir çox canlı müxtəlif qida zəncirlərində mövcud ola bilər. Bu qida zəncirlərini
bir-biri
ilə əlaqələndirmək mümkündürmü?