1.
Bitki Quş
2.
BitkiTırtılQuş
3.
BitkiÇəyirtkəQuş
4.
BitkiÇəyirtkəQurbağaQuş
Qida şəbəkəsi ekosistemdə müxtəlif qida zəncirlərinin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu
və üst-üstə düşdüyünü göstərən sxematik modeldir. Yuxarıdakı şəkildə təsvir olunmuş qida
zəncirlərini birləşdirərək aşağıdakı qida şəbəkəsini formalaşdırmaq olar:
Qida zəncirləri və qida şəbəkələri bizə yaşayış mühitində canlıların qida əlaqəsini öyrənməyə imkan
verir. Qida zəncirindəki ox müvafiq olaraq yırtıcı canlının hansı şikar və ya ov ilə qidalandığını
göstərir. Yırtıcılar digər heyvanları ovlayaraq onlarla qidalanır.
Şikar isə ovlanan və yırtıcı tərəfindən yeyilən canlılardır. Yırtıcı canlılar qida şəbəkəsi və qida zəncirləri
üçün xüsusilə vacibdir. Onlar şikarların sayını məhdudlaşdırırlar. Şikarların sayı azaldıqda isə
ekosistemdəki produsentlərin və digər resursların tükənmə ehtimalı artır.