İşin gedişi:
1. Kartonu göstərildiyi kimi bölün və adlandırın. 2. Hər bir orqanizmin produsent, bitkiyeyən, ətyeyən, redusent olduğunu müəyyən edin. Canlınızın aid olduğu hissəyə bir iynə yerləşdirin. İki hissəyə aid olarsa, məsələn, həm bitki, həm də heyvanla qidalanan canlıdırsa, iki iynədən istifadə edin. Yanındakı kağıza canlının adını yazaraq onu adlandırın. |
3. Hər bir orqanizmi qidalandığı orqanizmlərə birləşdirmək
üçün ipdən istifadə edin. Açılmaması üçün ipi iynənin
ətrafına bir neçə dəfə dolayın.
Müzakirə edin:
- Produsentlər qidanı haradan əldə edir? - Produsentlərdən birini çıxarsaq, bu, digər orqanizmlərin qidalanmasına necə təsir göstərər? Fikirlərinizi əsaslandırın. |