Quru
ekosisteminin qida zənciri
Qanqal bitkisi
enerjisini Günəşdən alır. Tırtıl enerji əldə etmək üçün qanqalla qidalanır. Dəvədəlləyi tırtılı yeyir, sonra o, kərtənkələ tərəfindən yeyilir. Bu kərtənkələ isə bayquşun qidasını təşkil edir. |
Su
ekosisteminin qida zənciri
Gündəcə kimi həşəratlar
Günəş enerjisindən istifadə edən su bitkiləri ilə qidalanır. Xanı balığı isə gündəcəni yeyir. Bu xanı balığı vağın qidasını təşkil edir. |
• Qanqal və ya su bitkisi - fotosintez zamanı işıq enerjisindən istifadə edərək öz qidalarını
hazırlayır.
Onlar produsent və ya birinci səviyyəni təşkil edir.
• Tırtıl və ya gündəcə - bitkilərlə qidalanır. Onlar ilkin konsumentlər səviyyəsini təşkil edir.
• Dəvədəlləyi və ya xanı balığı - ilkin konsumentlərlə qidalanır. Onlar ikinci konsumentlər səviyyəsini təşkil edir.
• Kərtənkələ və ya vağ - ikinci konsumentlərlə qidalanır və onlar üçüncü konsumentlər səviyyəsini təşkil edir.
• Kərtənkələ ilə qidalanan bayquş dördüncü konsument hesab olunur. Lakin qida zəncirləri nadir hallarda bu qədər uzun olur.