Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) nəsli kəsilməkdə olan bitki və heyvanları siyahıya alır və
onları qorumaq üçün tədbirlər görür. BTMİ bitki, göbələk və heyvanların vəziyyətinin ən gec on ildən
bir, mümkün olduqda beş ildən bir qiymətləndirilməsini tövsiyə edir. Canlılar yaşayış mühitindən asılı
olduğuna görə bütövlükdə həmin ərazilər mühafizə olunur.
Təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan, bitki və göbələklərin
mühafizəsinin səmərəli üsullarından biri də onların "Qırmızı kitab"a daxil edilməsidir.
Bilirsinizmi?
Milli parklar və təbiət qoruqları bitki və heyvanların,
xüsusilə də nəsli kəsilməkdə olanların təbii yaşayış
mühitlərində mühafizəsi üçün nəzərdə tutulan
ərazilərdir.
Milli parklar ətraf mühitin və canlıların mühafizəsi,
eləcə də təhsil, elmi tədqiqatlar və s. məqsədlərə
xidmət edir.
|
|
Öyrəndiklərinizi tətbiq edin
Xəstəliklərin müalicəsində istifadə olunan bir
çox dərman bitkisi nəsli kəsilmək təhlükəsi
altındadır.
Müzakirə edin:
- Sizcə, dərman bitkilərinə tələbat nə üçün
artır?
- Dərman bitkilərinin yox olmasının əsas
səbəbləri nələrdir?
- Dərman bitkilərinin qorunması üçün hansı
tədbirlər görülməlidir?
|
|
Öyrəndiklərinizi yoxlayın
1. İnsan fəaliyyəti bitki və heyvanlara nə kimi təsir göstərir?
2. Nə üçün bəzi orqanizmlər təhlükə altındadır?
3. Hansı canlılar nəsli kəsilməkdə olan canlılar hesab edilir?
4. Biz təbiəti nə üçün qoruyuruq?
5. Mətndə adı qeyd olunan nəsli kəsilməkdə olan heyvanlardan birini seçin. Sizcə, bu heyvanı
qorumaq üçün hansı işlər görülə bilər?