Canlılar yaşayış mühitindəki dəyişikliklərə
uyğunlaşa bilmədikdə başqa ərazilərə köç edir və
ya məhv olur. Bəzi canlılar, məsələn, bitkilər
başqa ərazilərə köçə bilmir. Bəzən dəyişikliklər o
qədər geniş əraziləri əhatə edə bilər ki, köçmək
üçün heç bir yer qalmaz. Canlılar belə
gözlənilməz dəyişikliklərə uyğunlaşa bilmədikdə
və ya yeni ərazilərə köçə bilmədikdə onların sayı
azalır. Nəticədə bu canlıların nəsli kəsiləcək və ya
nəsli kəsilmək təhlükəsi altına düşəcəkdir.
|
Hazırda bir çox bitki və heyvanın sayı çox azaldığı üçün onların
nəsli kəsilmək təhlükəsi var. Bu, əsasən, həddən artıq məhsul
yığımı, ovçuluq, meşələrin qırılması və mühiti çirkləndirməsi kimi
insanın fəaliyyətləri ilə əlaqəlidir.
Bu fəaliyyətlər canlılara birbaşa təsir göstərir və ya onların yaşayış mühitlərinin məhv olmasına səbəb olur. Məsələn, Xəzər suitisi, bezoar keçisi və qayabalığı nəsli kəsilməkdə olan heyvanlardır. Şabalıdyarpaq palıd, zərif meşənovruzu və xarıbülbül nəsli kəsilməkdə olan bitkilərdir. |