Bilirsinizmi?
Qütb ayısının bədənini isti
saxlayan 10-11 sm dərialtı piy
qatı, 3,5-5 sm isə xəz və ya
tük örtüyü olur. Onun tük
örtüyünün altında qara dərisi
Günəşdən gələn istiliyi
udmağa kömək edir.
|
Bəzi heyvanlar isə qışın gəlməsi ilə daha asan yem tapa
bildikləri isti və ya mülayim iqlimi olan ərazilərə köçürlər. Buna miqrasiya deyilir. Məsələn bəzi quşlar soyuqlar düşəndə daha isti yerlərə köçür, havalar istiləşəndə geri qayıdırlar. Soyuq iqlim şaraitində şaxtayadavamlı bitkilər bitir. Şaxtayadavamlı ağacların əksəriyyəti həmişəyaşıldır, onların, adətən, sıx bitməsi istiliyin saxlanılmasına kömək edir. Şam və küknar ağacları kimi soyuq iqlim şəraitinə uyğunlaşmış bitkilərin iynəşəkilli yarpaqları suyun buxarlanmasını azaldaraq bu bitkilərin donmasının qarşısını alır. |