Elektrik cərəyanı elektrik yükünə malik olan zərrəciklərin nizamlı hərəkəti nəticəsində yaranır.
Elektrik yükünün müsbət və mənfi olmaqla iki növü var. Televizor, fen, ütü və digər elektrik
avadanlıqları işləyərkən onların naqillərində
elektronlar hərəkət edir. Elektronlar mənfi yüklü
zərrəciklərdir.
Elektronların nizamlı hərəkəti üçün lazım olan enerjini batareya və ya elektrik şəbəkəsi təmin edir.
Şəkil 1. Elektronların hərəkəti üçün lazım olan enerjini batareya təmin edir.
Enerjinin lampaya ötürülməsi üçün batareya ilə lampanı birləşdirən naqillərdə boşluq və ya qırıq
hissələr olmamalıdır. Əks halda elektronların hərəkət etməsi mümkün olmaz. Düyməyə basaraq
elektrik avadanlığını işə saldıqda və ya söndürdükdə enerji mənbəyi ilə həmin avadanlıq arasında
əlaqə qurulur və ya kəsilir.
Elektrik dövrəsi batareya və ya şəbəkə kimi enerji mənbələrindən, lampa, motor və ya zəng kimi
elektrik avadanlıqlarından, mənbə ilə avadanlıqları birləşdirmək üçün naqillərdən və açıb-bağlamaq
üçün açarlardan təşkil olunur. Mənbə, avadanlıqlar və açarlar dövrə elementləridir.
Elektrik cərəyanı ampermetrlə ölçülür və vahidi amperdir (A).
Şəkil 2. Elektrik cərəyanının yaranması üçün dövrədə boşluq və ya naqillərdə qırıq hissələr olmamalıdır.
Bilirsinizmi?
Közərmə lampası və elektrik açarı kimi dövrə elementləri, eləcə də ilk
istilik elektrik stansiyası və elektrik şəbəkəsi məşhur mühəndis Tomas
Edison tərəfindən XIX əsrdə ixtira olunub.
|
|