mineral maddələr) olan yerlərə meyvə və toxumların
düşməsini təmin edir. Atpıtrağı kimi bitkilərin yetişmiş
qarmaqcıqlı meyvələri heyvanların xəz və ya tüklərinə
ilişərək uzaqlara aparılır. Quşarmudu və qaragilə kimi bəzi
bitkilərin şirəli meyvələri heyvanlar tərəfindən yeyilir, bir
yerdən başqa yerə getdikdə onların nəcisləri ilə birlikdə
ətrafa yayılır. Yalanqoz və ağcaqayının meyvələri və zəncirotunun toxumları küləklə yayılır. Onların meyvə və toxumları kiçik və yüngüldür, həmçinin küləyin uzağa aparmasına kömək edən qanadcıq və tükcüklərə malikdir. Kokos palması, manqo və qızılağac kimi su hövzələri sahillərində bitən bitkilərin meyvə və toxumları su vasitəsilə yayılmağa uyğunlaşmışdır. |
|