Məsələn, çölsarmaşığı və lobya
sarmaşan, noxud və üzüm isə
dırmaşan gövdələri olan
bitkilərdir.
Balqabaq və çiyələk kimi bəzi bitkilərin gövdələri torpaq səthində yanlara doğru sürünərək
yarpaqlarının hər tərəfə yayılmasını təmin edir. Belə gövdələrə
sürünən gövdələr deyilir.
Sürünən gövdələr
Quruda bitən bitkilər kimi su bitkilərinə də günəş işığı, hava, su və istilik lazımdır. Əksər su
bitkiləri
daha çox günəş işığı udmaq üçün yaşıl yarpaqlarını və gövdələrini suyun səthindən yuxarıya doğru
çıxararaq və ya suyun səthinə yayaraq mühitə uyğunlaşır.
Ciyən
|
Cil
|
Su sünbülçiçəyi
|
Su bitkilərinə suyun səthində və ya suyun dibində rast gəlmək mümkündür. Su sünbülçiçəyinin su
səthində qalmasına və üzməsinə kömək edən hava ilə dolu, şişmiş saplağı olur.
Öyrəndiklərinizi tətbiq edin
Bəzi suda üzən bitkilərdə suyun
yarpağa hopmasına mane olan
tükcük örtüyü olur.
Müzakirə:
- Sizcə, bu tükcük örtüyü bitkilərin
suyun səthində qalmasına necə
kömək edir?
|
|