1. Niyə heyvanlar gizlənməyi bacarmalıdırlar?
2. Cümlələri tamamlayın.
a) Heyvanın yaşadığı mühitdə sağ qalmasına kömək edən bədən üzvü və ya davranışı ___ adlanır.
b) Canlılar müxtəlif ___ yaşayırlar, ona görə də yaşamaq üçün uyğunlaşmalıdırlar.
c) Heyvanın başqa heyvana bənzəməsinə imkan verən uyğunlaşma ___ adlanır.
d) Heyvanların mühitdə hərəkət etməsinə və ya dəyişikliyə reaksiya verməsinə səbəb olan
uyğunlaşmaya ___ deyilir.
3. Nə üçün əksər heyvanların bədəninin rəngi yaşadığı mühitə uyğun olur?
4. Heyvanlara yırtıcılardan gizlənməyə kömək edən hansı uyğunlaşmalar var?
5. Çoxalma ilə əlaqədar heyvanların xarici görünüş və davranışlarında hansı uyğunlaşmaları
müşahidə etmək olar?
6. Hansı uyğunlaşmalar heyvanların qida əldə etməsinə kömək edir?