Öyrəndiklərinizi tətbiq edin
Bu heyvanların özlərini necə
müdafiə etdiklərini və ya
digər heyvanın qidası
olmaqdan qaçdıqlarını təsvir
edin. Bu uyğunlaşmaların
mimikriya və ya maskalanma
olduğunu müzakirə və təsnif
edin.
|
|
Düşün
Müzakirə et
Paylaş
Mimikriya və maskalanma quruluş, yoxsa davranış uyğunlaşmasıdır? Niyə?
11.3.3. Çoxalmaq üçün uyğunlaşma
Fəaliyyət-3
|
Heyvanların müəyyən dövrlərdə çox uca səslər çıxarması nə ilə bağlıdır? |
Bəzi erkək heyvanlar çoxalma dövründə çox uzaqlardan eşidilən səslər çıxarır, nəğmə
oxuyur və rəqs edir. Bu səsləri eşidən və rəqsləri görən dişi fərdlər onlara tərəf gəlir.
- Bu səsin erkək və dişi fərdlər üçün nə kimi əhəmiyyəti var?
- Sizcə, canlılar nə üçün çoxalır?
|
|
Heyvanlar nəsillərini davam etdirmək üçün çoxalırlar. Çoxalmaq üçün erkək və dişi fərdlər
cütləşməlidir. Diqqətçəkən fərdlərin çoxalma şansları daha yüksək olduğu üçün, adətən,
onlarda cəlbedici bədən örtüyü olur. Məsələn, əksər quşların erkək fərdlərinin daha rəngarəng
lələk örtüyü olur. Parlaq rəngli erkək fərdlər dişilərin diqqətini daha çox çəkir.
Xoruz Toyuq
|
Xoruzun toyuqdan daha rəngli lələkləri vardır.
|
|
|
Erkək tovuz quşu dişiləri cəlb etmək üçün quyruq lələklərini göstərir.
|
Erkək fərd
|
Dişi fərd
|
|