Zəhərli ağac qurbağası kimi heyvanların bədəni parlaq rəngli olur və digər canlıları zəhərli olduqları
barədə xəbərdar edir.
Bəzi heyvanlar yırtıcılar tərəfindən asanlıqla görünmürlər. Məsələn, çubuq böcəyi, yarpaq həşəratı,
güvə və buqələmun kimi heyvanlar mühitə uyğun
maskalanır. Nəticədə bu canlılarda bədən rəngi
və forması mühitin rənginə və formasına oxşayır.
Yarpaq böcəyi öz formasından və
rəngindən istifadə edərək
yaşadığı mühitə uyğunlaşır.
|
Tozağacı qarışcası kəpənəyi öz
rəngindən istifadə edərək
yaşadığı mühitə uyğunlaşır.
|
|
Bəzi heyvanlar başqa bir canlı kimi görünmək, səs çıxarmaq, qoxumaq və ya hərəkət etməklə özlərini
yırtıcılardan qoruyurlar. Bu uyğunlaşma mimikriya adlanır. Məsələn, sirfid milçəyi bal arısına bənzəyir.
Quşlar sancılmaqdan qorxduqları üçün bal arılarından qaçırlar. Nəticədə quşlar bu milçəyi yeməkdən
çəkinir.
Bəzi heyvanlar özlərini olduğundan daha böyük və daha təhlükəli kimi göstərərək yırtıcılardan
qorunurlar.
|
|
Plaşlı kərtənkələ daha böyük
görünməyə çalışdıqda onun
çənəsinin altındakı dəri qabarır
və bədənindəki çıxıntılar aydın
nəzərə çarpır.
|