Öyrəndiklərinizi tətbiq edin
Məməli heyvanın dişlərinin formasına əsasən onun hansı qida ilə qidalandığını müəyyən etmək
olar.
Müzakirə edin:
- Hansı heyvan iri dişləri ilə
otu kəsir və üyüdür?
- Hansı heyvan ətlə
qidalanmaq üçün iti kəsici
dişlərdən istifadə edir?
|
|
11.3.2. Yırtıcılardan qorunmaq üçün uyğunlaşma
Fəaliyyət-2
|
Heyvanları tapa bilərsinizmi? |
|
|
|
İşin gedişi:
1. Qruplar şəklində işləyin.
2. Şəkilləri diqqətlə nəzərdən keçirin və heyvanları tapmağa çalışın.
3. Aşağıdakı sualları cavablandırın:
- Neçə heyvan tapa bilərsiniz?
- Hansı heyvanları tapmaq asan və ya çətin idi? Səbəbini izah edin.
- Heyvanların bədən rəngləri və naxışları onlara necə kömək edir?
|
|
Yırtıcılar tərəfindən ovlanan heyvanlar sağ qalmaq üçün özlərini qoruya bilməlidir. Bəzi
uyğunlaşmalar çox yavaş hərəkət edən heyvanlara təhlükədən qorunmaq imkanı verir. Məsələn,
tısbağaların, ilbizlərin və xərçənglərin xarici bədən örtüyü (xarici skeleti) sərtdir və asanlıqla qırılmır.
Kirpi, yexidna və tikan balığının isə yırtıcılardan qorunmaq üçün bədənləri tikanlarla örtülmüşdür.