Heyvanlar sağ qalmaq üçün qidalanmalı və balalarını yemləyə
bilməlidirlər. Ov qaçarkən və ya gizləndikdə onu ovlamaq yırtıcı
üçün çətin ola bilər. Pələng və şir kimi yırtıcılarda ovlarını tutmaq üçün güclü çənələr və pəncələr var. Ovlarının ətini qoparmaq üçün bu yırtıcıların iti dişləri də olur: Qartal kimi yırtıcılarda güclü caynaqların olması onların uçarkən ovlarını tutmasına kömək edir. Bəzi yırtıcılar, məsələn, qurbağalar və buqələmunlar kiçik həşəratları tutmaq üçün uzun və yapışqan dildən istifadə edirlər. Bir çox yırtıcılarda ovlarını izləməyə kömək edən güclü qoxu, eşitmə və görmə hissləri var. Qartalların itigörmə qabiliyyəti vardır. Yarasalarda eşitmə, qutb ayısında isə qoxu hissi yaxşı inkişaf edib. |
|
Hörümçəklər kimi bəzi yırtıcılar ovlarını tutmaq üçün qurduqları
torlardan və ya tələlərdən istifadə edirlər. İlanların əksəriyyəti, əqrəblər və arılar isə ovlarını öldürmək üçün zəhərdən istifadə edir. |
Canavarlar və qarışqalar sürü halında ov edirlər. Bu onlara daha böyük və güclü olan canlıları ovlamağa imkan verir. Bitkiyeyən canlılar qidalanma ilə əlaqədar bir çox uyğunlaşmalara malikdir. Məsələn, zürafənin dili hündür akasiya ağaclarının yarpaqlarını tutmaq üçün uyğunlaşmışdır. Kolibri quşunun çiçəklərdən nektar sora bilmək üçün uzun və nazik dimdiyi vardır. |