Bilirsinizmi?
Ağciyər balığı Afrikanın palçıqlı çaylarında rast gəlinən
qeyri-adi balıqdır. Hər hansı digər balıq kimi suda nəfəs
almaq üçün qəlsəmələrdən istifadə edir. Bununla birlikdə,
hava ilə nəfəs almaq üçün bir cüt ağciyəri də var.
|
|
Suiti, balina və delfin kimi su məməliləri suda yaşasalar da, ağciyərləri vasitəsilə havadakı
oksigenlə
tənəffüs edirlər. Bu heyvanların ağızlarının bir qədər yuxarısında burun dəlikləri və ya
başlarının üst
hissəsində tənəffüs dəlikləri var. Bədənlərinin böyük hissəsi su altında olduqda belə suyun səthinə
çıxaraq burun və ya tənəffüs dəlikləri vasitəsilə oksigeni qəbul edə bilirlər. Suyun altında
olduqları
zaman suyun daxil olmasının qarşısını almaq üçün xüsusi əzələləri burun və ya tənəffüs dəliklərini
bağlayır.
Öyrəndiklərinizi tətbiq edin
Şəklə diqqətlə baxın. Hansı canlılar su mühitində yaşamır?
|
Balıq
|
Tarakan
|
Koala
|
Köpəkbalığı
|
Müzakirə edin:
- Bu canlıların sualtı mühitdə yaşamaları üçün hansı uyğunlaşmalara ehtiyacı var?
Öyrəndiklərinizi yoxlayın
1. Hansı uyğunlaşmalar heyvanların quruda yaşamasına kömək edir?
2. Suda yaşayan heyvanlarda hansı uyğunlaşmalar yaranmışdır?
3. Balıqlarda su mühitinə uyğunlaşmaya dair üç nümunə göstərin.