Su mühitində yaşayan heyvanların əksəriyyəti suyun müqavimətini
azaldan və suda daha sürətli hərəkətə kömək edən axıcı uzunsov
bədən formasına malikdir. Bu forma, əsasən, bədənin orta
hissəsinin geniş, baş və quyruq hissələrinin dar olması ilə seçilir.
Bir çox su heyvanlarında xarici bədən hissələrinin mühitə
uyğunlaşdığını, xüsusilə də üzmə pərdəsi, üzgəclər və kürəkşəkilli
ətrafları müşahidə etmək olar.
|
|
Pinqvinlərin, ördəklərin və
qurbağaların ayaq barmaqlarının
aralarında üzmə pərdəsi olur.
|
Balıqların və delfinlərin üzgəcləri var. Əksər
balıqlar üzgəclərindən istifadə edərək həm
hərəkət edir, həm də bədənlərinin tarazlığını
saxlayır.
|
Tısbağaların və morjların
kürəkşəkilli ətrafları, balinaların
isə güclü quyruqları var.
|
Yarasalar, quşların və həşəratların əksəriyyəti uça bilir. Bütün uçan heyvanların güclü qanadları
olur.
Həşəratlar və yarasaların bədənləri kiçik və yüngül olduğu üçün onlar asanlıqla uça bilir.
Quşlarda uçma ilə əlaqədar olaraq xüsusi uyğunlaşmalar yaranıb. Uçan quşların güclü bədən
əzələləri onların qanad çalmalarını təmin edir.
İçiboş sümüklər
Möhkəm içiboş sümüklər quşun
kütləsini azaldır və uçmağı asanlaşdırır.
Qanadlar
Əksər quşlarda ön
ətraflar uçmağa kömək
edən güclü qanadlara
çevrilmişdir.
Axıcı bədən forması
Quşların axıcı bədən forması onlara havada
sürətlə hərəkət etməyə kömək edir.
Lələklər
Quşların lələkləri onların
bədənini isti saxlayır və
uçmağa kömək edir.
Kəpənəyin yüngül
bədəni onun
uçmasına kömək edir.
Yarasa güclü qanadlarının köməyi
ilə uça bilən yeganə məməlidir.