Quruluş uyğunlaşmaları - canlının təbii yaşayış
mühitində sağ qalmasına kömək edən onun bədən
hissələrində baş vermiş dəyişkənliklərdir. Heyvanların
bədən forması, rəngi və bədən örtüyü, bitkilərin tikanları
və rəngli çiçəkləri quruluş uyğunlaşmalarıdır.
Delfinin bədən
forması onun sürətlə üzməsinə kömək edir
Kaktusun su itkisini
azaltmağa kömək edən tikanşəkilli yarpaqları var. |
Davranış uyğunlaşmaları - canlının təbii yaşayış
mühitində sağ qalmasına kömək edən xüsusi davranış
formalarıdır. Köç etmək, qış və yay yuxusuna getmək və
quşların nəğmə oxuması davranış uyğunlaşmalarıdır.
Surikatlar digər
surikatları yırtıcılardan
xəbərdar etmək üçün
daim müşahidələr
aparır.
Pinqvinlər
isinmək üçün bir yerə toplaşırlar. |
Bilirsinizmi?
Köçəri quşlardan olan çöl qazları V formasında
uçduqda ilk növbədə enerjiyə qənaət edirlər. Hər bir
quş qarşısındakı quşdan bir qədər yuxarı uçur, nəticədə
qazlar daha az hava müqaviməti ilə üzləşirlər. Quşlar
növbə ilə öndə olur, yorulanda isə arxa sıraya keçir.
|