Fərqli canlılar müxtəlif mühitlərdə yaşayırlar. Bitki və ya heyvanların yaşadığı mühit
habitat və
ya
yaşayış məskəni adlanır. Bitki və heyvanlar qida, su, sığınacaq və yaşamaq üçün yer ehtiyaclarını
yaşayış məskəni hesabına əldə edir.
Meşə, çəmənlik, səhra, çay, göl və okean kimi hər bir yaşayış məskənində canlılara müxtəlif mühit
amilləri təsir edir. Günəş işığı, temperatur, hava, su və torpaq mühitin abiotik və ya cansız
amilləridir. Eyni yaşayış məskənində bitkilər, heyvanlar və mikroorqanizmlər qarşılıqlı əlaqədə olur
və bir-birinə təsir göstərir. Bunlar isə mühitin biotik və ya canlı amilləridir.
Öyrəndiklərinizi tətbiq edin
Yaşadığınız ərazidə rast gəlinən bir heyvan seçin. Seçdiyiniz heyvanın yaşayış məskəni ilə bağlı
aşağıdakı suallara cavab verin.
- Bu heyvanın yaşadığı ərazinin hava şəraiti necədir?
- Bu heyvan nə ilə qidalanır?
- Bu heyvana yaşayış mühitinin hansı abiotik amillərinin təsiri var?
- Heyvana hansı biotik amillər təsir edir?
11.1.2. Mühitə uyğunlaşma
Fəaliyyət-2
|
Mühitə uyğunlaşmalar orqanizmlərə necə kömək edir? |
İşin gedişi:
1. Kaktus, zürafə və qütb ayısının şəkillərini nəzərdən keçirin. Hər bir canlının
xarici bədən hissələri ilə mühitə uyğunlaşmanı əlaqələndirin.
2. Aşağıdakı cədvəli dəftərinizə çəkərək tamamlayın.
Bədən hissələri
|
Bədən hissəsi canlıya necə kömək edir?
|
Zürafənin uzun boyu
|
|
Kaktusların uzun və iti tikanları
|
|
Qütb ayısının qalın xəz örtüyü
|
|
- Sizcə, canlıların mühitə uyğunlaşmalarının əsas səbəbi nədir?
|
|
|