Bütün canlıların ehtiyaclarını
ödəməyə və yaşadıqları mühitdə
sağ qalmağa imkan verən
quruluş və davranış
uyğunlaşmaları var.
Bu uyğunlaşmalar orqanizmin
çoxalmaq üçün kifayət qədər
uzun müddət yaşamasına
kömək edir.
Qış dövründə mühitin əlverişsiz şəraitindən
qorunmaq üçün Alyaska meşə qurbağalarının
bədənlərinin 60 faizi donur. Nəfəs almır,
ürəkləri döyünmür və onların aktiv həyat tərzi
dayanır. Bu onlara 62 dərəcə şaxtaya tab
gətirməyə imkan verir. Yazda isə əlverişli şərait
olduqda o "əriyir" və qurbağa yenidən öz fəal
həyatını davam etdirir.
Bölmədə öyrənəcəksiniz
• İsti, soyuq, rütubətli və quru mühitlərdə yayılmış bitki və heyvanlar yaşadıqları mühitə uyğunlaşır
• Maskalanma və mimikriya heyvanlara təhlükələrdən qorunmağa imkan verən uyğunlaşmalardır
• Canlılar yaşayış mühitindəki gözlənilməz dəyişikliklərə uyğunlaşa bilmədikdə onların sayı
azalır və
ya nəsli kəsilmək təhlükəsi ilə qarşılaşır
• Sizcə, nə üçün arı, kəpənək və milçəklər
çiçəklərə qonurlar?
• Pinqvinlər və kaktuslar təbii
mühitlərində necə yaşaya bilir?
• Necə düşünürsünüz, bir çox heyvanın
tük örtüyünün rəngini dəyişməsinin
onların sağ qalması üçün nə kimi
əhəmiyyəti vardır?