1. Nə üçün isti ölkələrdə evlər daha çox ağ rəngdə rənglənir?
2. Nə üçün yayda qara rəngli köynək geymək əlverişli deyil?
3. Soyuq havada ocağın yaxınlığında durduqda hava soyuq olsa da, istilik hiss edirik.
Bunun səbəbi nədir?
4. 20°C temperaturu olan suyu qızdırdıqda o, 84 kC enerji aldı. Su əvvəlki temperaturuna
qədər soyuduqda mühitə nə qədər enerji verər?
5. Yemək sifarişlərini çatdırmaq üçün istifadə olunan alüminium qab yeməyin isti
qalmasına necə kömək edir?