10.4
|
İstilik enerjisinin şüalanma ilə ötürülməsi |
• Açar sözlər •
• istiliyin ötürülməsi
• şüalanma |
Nigar, Azər və Leyla soyuq havada üşüyən əllərini ocağa
tutub qızdırırlar.
Azər: Konveksiya olmasaydı, əllərimizi qızdıra bilməzdik! Leyla: Konveksiya zamanı isti hava yuxarı qalxmır? Ocağın üstü də açıqdır. Aşağıda tutduğumuz əlimizə isti hava cərəyanı necə istilik verə bilər? |
Günəşlə Yer arasındakı fəzada maddə olmadığı üçün Günəş
enerjisi Yerə istilikkeçirmə və konveksiya ilə ötürülə bilməz.
Günəşin istilik enerjisi ətrafa, həmçinin Yerə şüalanma yolu ilə
ötürülür. Əllərinizi ocağa yaxınlaşdırıb qızdırdıqda havanın
istilikkeçirməsi çox zəif olduğu üçün isinmə istilikkeçirmə ilə baş
vermir. Ocağın qızdırdığı hava şaquli olaraq yuxarı qalxdığı üçün
istilik əlinizə isti hava axını, yəni konveksiya ilə də ötürülmür.
Ocağın istiliyi əlinizə şüalanma vasitəsilə ötürülür. Kibrit çöpü yanarkən isinən hava yuxarı qalxır, bu zaman istilik konveksiya ilə ötürülür. Kibrit çöpü də istiliyin istilikkeçirmə üsulu ilə qızır. Bundan başqa alovdan şüalanma vasitəsilə yayılan istiliyi görməsək də, barmaqlarımızla hiss edirik. Kibrit çöpünün yanması zamanı istiliyin ötürülməsi hər üç üsulla, yəni istilikvermə, konveksiya və şüalanma ilə baş verir. |