10.3
|
İstilik enerjisinin konveksiya ilə ötürülməsi |
• Açar sözlər •
• istiliyin ötürülməsi
• konveksiya |
İşin gedişi:
1. Kartondan və plastikdən istifadə edərək təqribən 10 sm x 15 sm x 30 sm ölçüsündə qutu hazırlayın. Qutunun üst hissəsi açılıb-bağlana bilməli, həmçinin bu hissədə iki baca yeri olmalıdır. Baca kimi alt hissəsi kəsilmiş stəkanlardan istifadə edin. Qutunun ön səthini plastikdən hazırlayın. 2. Şamı qutunun içərisinə yerləşdirin və yandırdıqdan sonra qutunun qapağını bağlayın. 3. Kağızı yandırıb bacalardan birinə yaxınlaşdırın və tüstünün hərəkətini müşahidə edin. |