10.2
|
İstilik tarazlığı və istilikkeçirmə |
• Açar sözlər •
• istilik tarazlığı
• istilikkeçirmə • istilik izolyatoru |
İşin gedişi:
1. Stəkana isti su əlavə edib termometri suya daxil edin. 2. Termometrin göstəricisini qeyd edib qaşıqları stəkana yerləşdirin. 3. Beş dəqiqə sonra termometrin göstəricisini təkrar qeyd edib qaşıqları sudan çıxardaraq quru salfetlə sildikdən sonra onların suda olan hissələrinə əlinizlə toxunun. |
Təmasda olan müxtəlif
temperaturlu cisimlər arasındakı istilik ötürülməsi zərrəciklərin toqquşması nəticəsində baş verir. |
Cisimləri alova tutduqda da oxşar proses baş verir. İstilik cismin isti hissəsindən soyuq hissəsinə ötürülür. İstiliyin isti cisimdən onunla təmasda olan soyuq cismə və ya cismin bir hissəsindən digər hissəsinə ötürülməsinə istilikkeçirmə deyilir. Bəzi maddələr istiliyi yaxşı, bəziləri isə pis keçirir. |