Bərk
|
|
|
Bərk, maye və qaz halda olan maddənin istilikdən genişlənməsi
Cisimlər soyuduqda zərrəciklərin kinetik enerjisi və sürəti azalır. Soyuma cisimləri təşkil edən
zərrəciklər arasındakı məsafənin və cismin həcminin azalması ilə nəticələnir. Cisim
qızdırıldıqda
onun həcmi artsa da, kütləsi dəyişmir. Bu zaman həmin cismin sıxlığı azalır. Cisim soyuduqda isə
kütləsi dəyişmədən həcmi azaldığı üçün onun sıxlığı artır.
Cisimlərin həcminin dəyişməsi bir çox problemə səbəb ola bilər.
Yayda dəmiryol relslərinin istilikdən genişlənib əyilməsini və dəmir
kilidlərin çətin açılmasını bu problemlərə misal göstərmək olar.
Maddələrin istilikdən genişlənməsini əvvəlcədən nəzərə almaqla
problemlərin qarşısını almaq mümkündür. Məsələn, yayda metal
körpülərin və boruların istilikdən genişlənib zədələnməməsi üçün
genişləndirici birləşmələrdən istifadə olunur.
|
Genişləndirici birləşmələr boruların
zədələnmədən genişlənməsinə imkan
verir.
|
Düşün
Müzakirə et
Paylaş
Nə üçün isti yay aylarında elektrik
naqilləri daha çox sallanır? Elektrik
xətləri çəkilərkən bu hadisə
nəzərə alınmazsa, hansı
problemlər yarana bilər?
|
|