İstiliyin təsiri ilə maddələr bərk haldan
maye halına, maye haldan qaz halına keçir. İstilik maddələrdə hal
dəyişikliklərindən başqa, cisimlərin
ölçülərinin dəyişməsinə də səbəb olur.
Bir çox təbiət hadisəsini izah etmək
üçün istiliyin cisimlərin ölçülərinə və
xassələrinə necə təsir etdiyini bilmək
lazımdır.
İstiliyin təsiri ilə maddələrdə və
cisimlərdə baş verən dəyişikliklərdən
məişətdə və texnologiyada geniş
istifadə olunur.
Maddələrin istidən genişlənməsi müxtəlif
qəzalara səbəb ola bilər. Yay aylarında istinin
təsiri ilə körpülərin genişlənərkən
zədələnməməsi üçün genişləndirici
birləşmədən istifadə olunur.
Bölmədə öyrənəcəksiniz
• Qızdırılma və soyuma maddəni təşkil edən zərrəciklərin sürətinə təsir edir
• Temperaturları bərabərləşənə qədər cisimlər arasında istilik enerjisinin ötürülməsi baş verir
• Bəzi maddələr istiliyi yaxşı, bəziləri pis keçirir
• İstilik enerjisi istilikkeçirmə, konveksiya və şüalanma üsulları ilə ötürülür
• İstiliyin təsiri ilə baş verən bu
dəyişikliklər nə üçün fiziki
dəyişikliklərdir?
• Cisimlər soyuduqda onların ölçüləri
necə dəyişər?