Məsələ həlli
Xəzər dənizinin Lənkəran sahilinin ən dərin
nöqtəsini tapmaq üçün alimlər səs
lokasiyasından istifadə edirlər. Gəmidən
dənizin dibinə göndərilən səs 1 saniyə sonra
qayıdır. Dənizin bu hissəsində dərinlik neçə
metrdir?
Verilir:
Həlli:
t = 1 san
v = 1500 m san
s = ?
s = v • t 2
s = 1500 m san/ x 0,5 san/
s = 750 m
Öyrəndiklərinizi tətbiq edin
Azər sinifyoldaşları ilə Qarabağa səyahət etdi. Onlar qayalıq yerdə birlikdə "Qarabağ
Azərbaycandır!"
qışqırdılar. 6 saniyə sonra isə öz səslərinin əks-sədasını eşitdilər. Uşaqlarla qarşılarındakı
qaya
arasındakı məsafə nə qədərdir?
Öyrəndiklərinizi yoxlayın
Aşağıdakı fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin.
1. Səsin bərk maddələrdəki sürəti havadakı sürətindən daha azdır. (D/Y)
2. Səs kosmos kimi havasız mühitdə də yayıla bilər. (D/Y)
3. Bəzi canlılar səsdən şikarını ovlamaq üçün istifadə edir. (D/Y)
4. Əks-səda vasitəsilə məsafənin tapılmasına səs lokasiyası deyilir. (D/Y)
5. Səsin sürəti mühitin sıxlığı ilə də əlaqəlidir. (D/Y)