Müxtəlif səthlər səsi fərqli miqdarda əks etdirir. Bərk səthlər səsi daha çox əks etdirir, yumşaq səthlər isə daha çox udur. Siniflərdəki, ya da evdəki otaqlarda divan, kreslo və pərdə kimi yumşaq səthi olan əşyalar səsi udur. Konsert zallarında və səsyazma studiyalarında əks-sədanın musiqinin keyfiyyətini aşağı salmaması üçün bərk səthlərin əksəriyyəti yumşaq materiallarla örtülür. |