Küçədəki səslərin evdə eşidilməməsi üçün
pəncərələr arasında boşluq olan iki və ya üçqat
şüşədən hazırlanır. Şüşə qatları arasından hava
çıxarılır və evə səsin daxil olmasının qarşısı alınır.
• Şüşə qatları arasındakı havanın
çıxarılması küçədən gələn səslərin
azaldılmasına necə kömək edir?
|
Bəzən qayalıq ərazilərdə və ya böyük zallarda səsimizin təkrarını eşidirik. İşıq kimi səs də səthlərdən əks olunur. Səsin səthlərdən əks olunması əks-səda adlanır. Delfin və yarasa kimi bəzi canlılar əks-sədadan istifadə edərək maneə və ya şikarla aralarındakı məsafəni müəyyən edirlər. Belə ki, yaxındakı cisimlərə səs daha tez çatır və əks olunaraq daha tez qayıdır. Səsin daha uzaqdakı cisimlərə çatıb geri qayıtması daha çox vaxt tələb edir. Əks-sədadan istifadə edən canlılar səsin gedib-qayıtma müddətinə əsasən məsafəni müəyyən edirlər. |
s
|
v
|
t
|