9.3
|
Səs başqa mühitlərdə yayılırmı |
• Açar sözlər •
• mühit
• əks-səda • səs lokasiyası • izolyasiya |
İşin gedişi:
1. Butulkanın qapağını çıxarın və aşağı hissəsini kəsib kənara qoyun. 2. Butulkanı kəsik hissəsi aşağıda olmaqla su ilə dolu vedrəyə yerləşdirin. |
Bilirsinizmi?
Marsın atmosferinin sıxlığı Yerin
atmosferinin sıxlığından azdır.
Buna görə də Marsda səsin
sürəti sadəcə 240 m/san-dir.
|
Fəaliyyətdə də müşahidə etdiyiniz kimi, səs suda da yayılır. Suyu
təşkil edən zərrəciklər havanı təşkil edən zərrəciklərinə nisbətən daha
sıx yerləşir. Buna görə də suda rəqsi hərəkət daha sürətlə ötürülür və
səsin sudakı sürəti havadakı sürətindən daha böyükdür. Səsin havadakı
sürəti təqribən 340 m/san, sudakı sürəti isə 1500 m/san-dir.
Bərk cisimlərdə zərrəciklər mayelərə nisbətən daha sıx yerləşdiyindən
səsin bərk cisimlərdəki sürəti mayelərdəki sürətindən də böyükdür.
Məsələn, səsin poladda sürəti 5000 m/san-dir.
|