İnsan qulağı tezliyi 20 hersdən çox və 20 000 hersdən az olan səsləri eşidə bilir. 20 hers - 20 000 hers
tezlik aralığı insanın
eşitmə aralığı adlanır. Digər canlılar insanın eşidə bilmədiyi səsləri
eşidə bilir.
Məsələn, itlər 65 000 hers tezliyi olan səsi, fillər isə 5 hers tezliyi olan səsi eşidir. Tezliyi 20 000
hersdən
çox olan səslər ultrasəs, 20 hersdən az olan səslər isə infrasəs adlanır.
Öyrəndiklərinizi tətbiq edin
Dəftərinizə şəkildəki səsdən daha yüksək tezliyə malik olan səsin yayılmasının sxemini çəkin.
Sxem üzərində seyrəkləşmə və sıxlaşmaları, həmçinin səsin yayılma istiqamətini göstərin. Hansı
halda seyrəkləşmə və sıxlaşmalar arasındakı məsafə daha qısadır? Sizcə nə üçün?
Öyrəndiklərinizi yoxlayın
1. Cümlələri verilmiş sözlərlə tamamlayın
Nigar elm mərkəzində _ 512 hers olan kamerton gördü. Ona çəkiclə yavaşca vurduqda _
səs çıxdı. Daha da bərk vurduqda isə əvvəlki səs ilə eyni tonda, amma daha _ səs çıxdı. Nigar
bu fərqi kamertona daha çox _ ötürməsi ilə izah etdi.
2. Aşağıdakı fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin.
a) Xətkeşin ucu 8 dəfə rəqsi hərəkət edibsə, bu hərəkətin tezliyi 8 hersdir. (D/Y)
b) İnsanın eşitmə aralığı 20 hers - 2000 hersdir. (D/Y)
c) Səsin gurluğu hers vahidi ilə ifadə olunur. (D/Y)
d) Səsin tonu səs mənbəyinin materialından da asılıdır. (D/Y)