Səslərin sadəcə gurluğu deyil, tonları da fərqli olur. Uşaqların, qadınların və kişilərin səs tonlarında
fərqlər var. Bu fərq səs tellərinin uzunluğundakı fərqlərdən yaranır. Uşaqlarda səs telləri qadınların
səs tellərindən, qadınların səs telləri isə kişilərin səs tellərindən daha qısadır. Uşaq səsləri daha
çox
incə səs tonunda olur və biz onları
zil səslər adlandırırıq. Yetkin kişi səsləri isə daha çox
qalın səs
tonunda olur və biz onları
bəm səslər adlandırırıq. Simli alətlərdə ifa edərkən simin üzərinə
basaraq
rəqsi hərəkət edən hissəsinin uzunluğunu azaltdıqda zil, çoxaltdıqda bəm səs çıxarırıq. Musiqi
alətlərində simlərin qalınlığının fərqli olması da simin çıxardığı səsin zil və ya bəm olmasına təsir
edir.
Düşün
Müzakirə et
Paylaş
Nə üçün uzun müddət qulaqlıqla gur musiqiyə qulaq asmaq sağlamlıq üçün zərərlidir?
Səs tonu səsin tezliyi ilə əlaqədardır. Tezlik - səs mənbəyinin bir saniyədəki rəqsi
hərəkətlərinin sayıdır
və vahidi hersdir. Səsin tezliyi çox olarsa, həmin səsi zil səs, az olarsa, bəm səs kimi eşidirik.
Kamertonun qolları bir saniyədə dörd dəfə rəqsi
hərəkət edib. Bu halda yaranan səsin tezliyi 4 hersdir.
Qolların rəqsi hərəkəti bir saniyədə iki dəfə
təkrarlandığı üçün 2 hers tezliyi olan səs yaranıb.