Biz rezini daha çox dartdıqda ona daha çox enerji veririk. Bu halda
rezinin hərəkət etdirdiyi zərrəciklərin də enerjisi daha çox olur.
Fəaliyyətdə də müşahidə etdiyiniz kimi, rezin halqanı daha çox
dartıb sərbəst buraxdıqda daha gur səs eşidirik. Səslə ötürülən
enerji çox olduqda həmin səs gur səs, az olduqda isə alçaq səs
kimi eşidilir.
Səsin gurluğu desibel (dB) ilə ifadə olunur. Gurluğu 70 dB-dən çox olan səslər insan sağlamlığı üçün zərərlidir, çünki eşitmə duyğusunun zəifləməsinə səbəb ola bilər. Buna görə də səs gurluğunun yüksək olduğu məkanda uzun müddət qalmaq məsləhət görülmür. Gurluğun yüksək oldugu işlərdə işləyənlər qulaqlarını qorumaq üçün qulaqlıqdan istifadə etməlidirlər. |
Bilirsinizmi?
Körpə uşaqların ağlama səsi
bəzən 120 dB-ə qədər çata
bilər. Bu isə təyyarə
mühərrikinin səsindən sadəcə
10 dB azdır.
|